Kanalizasiya sisteminin təmizlənməsi və baxımı ilə bağlı tender baş tutmayıb

Marneuli bələdiyyəsi ərazisində 2019-cu il ərzində kanalizasiya sisteminin təmizlənməsi və baxımı işləri ilə bağlı elan edilmiş tender çərçivəsində ərizələrin qəbulu 4 yanvar tarixində başa çatdı.


Tender şərtlərinə görə, şirkət işləri 2019-cu il 1 yanvardan 31 dekabradək yazılı tapşırıqlar əsasında mərhələli şəkildə həyata keçirməlidir.

Qeyd olunmuş işlərin alınması üçün Marneuli meriyası 21 186 lari nəzərdə tutmuşdu. Lakin
tender baş tutmayıb. Tenderdə heç bir şirkət iştirak etməyib.

Marneuli meriyasının Satınalma Şöbəsinin rəhbəri Zanda Kvançianinin dediyinə görə, həftənin sonunadək yenidən tender elan olunacaq.

 

Print Email
FaceBook Twitter Google