Bələdiyyələr tullantıların ayrılması üçün infrastruktur qurmalıdırlar
Fevral ayının 1-dən etibarən yeni nizamnamə qüvvəyə minəcək ki, buna əsasən də bələdiyyələr tullantıların çeşidlənməsi üçün müvafiq infrastruktur yaratmalı olacaqlar.
Kağız, alüminium, şüşə və plastik tullantıların toplanması üçün bələdiyyələr müvafiq yer ayıracaqlar ki, vətəndaşlar da tullantılarını oraya apara biləcəklər. CENN “Tullantıların idarə olunması proqramı” rəhbərinin müavini Nino Tevzadzenin dediyinə görə, bələdiyyələr çeşidlənmiş toplama xidmətini mərhələli şəkildə həyata
keçirəcəklər.

“Bələdiyyələr sakinlərin çeşidlənmiş tullantıları apara biləcəkləri və müvafiq konteynerlərə ata biləcəkləri yerlərin yaradılmasını təmin etməlidirlər. Bunun məqsədi bu tullantıların, çeşidlənmiş tullantıların yenidən emalıdır”, - deyə Nino Tevzadze bildirdi.

Nino Tevzadze bələdiyyələrin heç olmasa bir məntəqədə çeşidlənmiş toplama xidməti göstərməyə başlayacaqlarına ümid etdiyini bildirdi.

Əgər bələdiyyələr bir fevraldan etibarən çeşidlənmiş toplama xidmətini təşkil edə bilməsələr, onlara qarşı sanksiya da tətbiq oluna bilər.

Print Email
FaceBook Twitter Google