Marneuli bələdiyyəsinin Tsereteli kəndində meydançanın bərpası
işləri oktyabrın sonlarında tamamlana bilər.
Meriyada bildirirlər ki, bu mərhələdə torpağın səthinin
düzəldilməsi, beton tökülməsi və plitələrin düzülməsi işləri davam
edir. Tenderdə qalib gəlmiş “Tao” şirkəti meydançanın bərpasını 4
iyul 2018-ci ildə tamamlamalı idi, lakin şirkət müqavilədə nəzərdə
tutulmuş öhdəlikləri pozub və buna görə yalnız cərimə olunub.
Tseretelidə 9
aprel meydançası vətəndaş büdcəsi çərçivəsində bərpa
olunur. Bunun üçün yerli özünüidarə 165 498 lari ayırıb.
Tenderə görə, Tsereteli meydançasının sahəsi funksiyasına görə iki
hissəyə - tarixi və müasir gündəlik zonaya bölünməlidir. Hər iki
zonanın qurulması işləri isə “Tao” şirkətinin öhdəliyindədir.
İşlərin nə vaxt tamamlanacağı isə dəqiq məlum deyil.