Özünüidarəetmə mülki sektora öz prioritetlərini deyə bilmədi, çünki başqa görüşə tələsirdilər

Bu gün, 25 sentyabr tarixində Marneuli yerli özünüidarə orqanının nümayəndələri, qeyri-hökumət təşkilatları və mülki fəallar arasında görüş keçirildi. Ənənəvi olaraq görüşün təşəbbüskarı qeyri-hökumət sektoru idi.

Bugünkü toplantının məqsədi isə yerli özünüidarə ilə qarşılıqlı əməkdaşlığın formatının hazırlanması idi.

Marneuli qeyri-hökumət sektoru və mülki ictimaiyyətin nümayəndələri yerli hakimiyyətdən prioritetləri eşidə bilmədilər.

Görüşdə iştirak edən merin səlahiyyətlərinin icraçısı Zaur Tabatadze,
onun müavini Laşa Lobcanidze, Bələdiyyə Məclisi sədrinin müavini Mamuka Naveriani və İctimaiyyətlə Əlaqələr Şöbəsinin bütün əməkdaşları görüş üçün müvafiq hazırlıqlar görə bilməmişdilər və prioritetlərlə bağlı danışmaq üçün kifayət qədər vaxtları yox idi, lakin iştirakçılara belə görüşlərin ən azı ayda bir dəfə keçirilməsi barədə şifahi olaraq vəd verdilər.

Marneulidə fəaliyyət göstərən qeyri-hökumət təşkilatı “Şəxsi İnkişaf Universiteti”nin icraçı direktoru Ravil Məmmədovun dediyinə görə, bələdiyyə nümayəndələri yalnız işlədiklərini deyirlər, ancaq heç bir iş görmürlər.

“Necə işləyirlər və hanıs prioritetləri var, bilmirik. Sadəcə dedilər ki, sizə, yəni qeyri hökumət təşkilatlarına dəstək olacaq qədər büdcəmiz yoxdur” – deyə Ravil Məmmədov bildirdi.



Görüş “Mülki İctimaiyyətin İnkişafı Təşəbbüsü” layihəsi çərçivəsində keçirilirdi. Layihə Avropa İttifaqı və Almaniyanın İqtisadiyyat Nazirliyinin maliyyə dəstəyi ilə bütün Gürcüstan miqyasında həyata keçirilir. Kvemo Kartlidə layihəni “Mülki İnteqrasiya Fondu” həyata keçirir.

 

 

Print Email
FaceBook Twitter Google