2012-ci ildə anadan olmuş uşaqları yerlərin azad olması məqsədi ilə uşaq bağçasından çıxarıblar
Marneuli şəhərinin 4 saylı uşaq bağçasının yetirmələrindən birinin valideyninə, sentyabrın əvvəlində mətn mesajı ilə bildiriblər ki, onun uşağı bağçadan çıxarılıb. Başqa izahat və ya məktəbəqədər yetişdirmə üçün alternativ imkanlar haqqında ona heç bir məlumat verilməyib.

“Bağça başa çatanda heç kim xəbərdarlıq etməyib ki, bu sonuncu il idi. Yoxsa heç olmasa uşağı bağçanın şənliyinə aparardım, xatirə şəklimiz
olardı. Mesajı aldıqdan sonra vəziyyəti araşdırmağa başlamadım və qərar verdim ki, uşağı hazırlıq sinifinə aparım”
– deyir uşağın anası. O, audio müsahibə verməkdən imtina etdi və anonimliyi qorumağımızı xahiş etdi.

Marneulidə bir çox valideynlər oxşr vəziyyətə düşüb. Onların övladları 2012-ci ildə anadan olublar və məktəb başlayan vaxt 6 yaşları tamam olmayıb. Bu körpələr kənarda qalıblar və beynəlxalq təşkilat “Kivitas Georgika”nın sədri Giorgi Mesxidzenin sözlərinə görə bu yolveriləzdir.

“Bütün uşaqların məktəbə qədər tədris almaq hüququ var. Bu Konstitusiya ilə zəmanət verilmiş hüquqdur və bu həmçinin, məktəbə qədər təhsil qanununda da qeyd olunub. Heç kimin hüququ yoxdur ki, uşağa bu təhsili verməsin. Hələ ki, qeydiyyat olunmuş uşağı bağçadan çıxarıblar” – deyir Giorgi Mesxidze.

4 saylı uşaq bağçasının rəhbəri deyir ki, çıxmalı olan uşaqların siyahısını uşaq bağçaları birliyindən alıb. Birliyin sədri Zaur Kərəmov isə deyir ki, bağçalarda yer problemi var. Müvafiq olaraq 2012-ci ilin 17 sentyabrından sonra anadan olmuş uşaqların bağçadan çıxarılması çıxış yolu idi.

Valideynlər çaşqınlığa düşüblər. Onlar uşaqların bağçada təhsil almaq hüququnun olub olmamasını bilmirlərmiş. Və ya məktəbəqədər tədris müəssisənin hansı alternativ yollarının olmasını da bilmirlərmiş. Uşaq Bağçaları Birliyinin rəhbəri təsdiq edir ki, valideynlərə lazımi məlumatı veriblər.

“Bizim əməkdaşımız zəng etdi və dedi ki, sizin uşağınız təhsili davam etdirə bilməyəcək” – deyir Zaur Kərəmov.

Marneuli bələdiyyəsində 14 məktəbəqədər hazırlıq mərkəzi çalışır. İkisi isə yaxın gələcəkdə açılacaq.

“Qruplar tələbə görə açılıb. İndi Dəmyə Görarxıda sonra isə Baydarda açılacaq. Harada tələb varsa hər yerdə açılacaq” – deyir Zaur Kərəmov.

Marneuli 4 saylı ictimai məktəbində 4 məktəbə hazırlıq qrupu yaradılıb. Hər qrup 30 uşaq üçün nəzərdə tutulub. Ancaq yetirmələrin sayı hal-hazırda olduqca azdır. Bunun iki səbəbi ola bilər: Valideynlərin məlumatsız olması və məktəbəqədr hazırlıq mərkəzinin çalışma qrafiki.

Bağçadan fərqli olaraq uşaq mərkəzdə gün ərzində yalnız 4 saat keçirir. Bir növbə səhər saat 9-dan 1-ə qədər, ikinci növbə isə saat birdən dördə qədər çalışır.

Print Email
FaceBook Twitter Google