"Jvaniya məktəbi" kompüter texnologiyalarının tədrisi üzrə proqrama dinləyicilərin qəbulunu elan edib
“Jvania məktəbi” kompüter texnologiyaları kurslarına dinləyici qəbuluna başlayır. Proqram məmurlar üçün nəzərdə tutulub ki, onlar məmurların fəaliyyəti zamanı vacib olan kompüter proqramları ilə işləməyi bacarsınlar.
“Jvania məktəbi”nin elektron təhsil və kompüter texnologiyalarının tədrisi proqramının koordinatoru Qiorqi Tabusadzenin dediyinə görə, dinləyicilər Word, Excel kimi ofis proqramları, “Google”un məhsulları və sosial şəbəkələri öyrənəcəklər.

“Başlanğıc səviyyədən sonra yeni pillələrə
yönəlmiş və daha çox işlərində lazım olacaq ofis proqramlarına diqqətin yönəldilməsini planlaşdırırıq”,
- Qiorqi Tabusadze bildirib.

Dərslər bütün Gürcüstan miqyasında gürcü dilində keçiriləcək.

“Bizim məktəb dövlət dilini A-1, A-2 və B-1 səviyyəsində tədris edir. Müvafiq olaraq biz kompüter texnologiyaları proqramı üçün dinləyicinin ən az A-2 səviyyəsində bilməsini tələb edirik. İlkin test keçiririk və testin verilməsindən sonra artıq qrupa daxil edirik. Əgər şəxs A-2 səviyyəsində bilmirsə, ona gürcü dili kurslarını keçməyi və bundan sonra bizim kurslara yazılmağı tövsiyə edirik, - Qiorqi Tabusadze dedi.

Kompüter texnologiyaları tədris proqramı 3 ay davam edəcək və ümumilikdə 90 saat olacaq. Marneulidə proqramda iştirak etmək istəyənlər “Jvania məktəbi”nin Marneuli regional tədris mərkəzinə müraciət edə bilərlər.

Print Email
FaceBook Twitter Google