Marneulidə baş tutacaq aksiya/konsertdə "Rezo və Uşaqlar", Nini Baduraşvili, Temo Sajaiya və Qia Nikoladze iştirak edəcəklər
Marneuli Mədəniyyət Evində bu gün, 30 noyabrda saat 17:00-dan məlumat xarakterli aksiya/konsert baş tutacaq.
Qeyd olunan tədbirin məqsədi böhran mərkəzi haqqında məlumat yaymaq və eləcə də zorakılıqdan qorunmaqda konsultasiya üçün qaynar xətt və aildə zorakılıq qurbanları üçün olan dövlət servislərinin məşhurlaşdırılmasıdır. Konsert zamanı məlumt broşurları və qaynar xətt təsvirli şarlar paylanıb.

Qeyri-kommersiya təşkilatı İnsan alveri (trefikinq)
qurbanlarının zərərçəkənlərin qorunması və yardımı üzrə dövlət fondu Marneulidə zorakılıq qurbanlarına xidmət göstərən böhran mərkəzini cari ilin sonuna qədər açacaq.

Konsertdə tanınmış müğənnilər Temo Sajaiya, Qia Nikoladze, Rezo və Uşaqlar, Nino Başaruli iştirak edəcək.

Marneuli meriyasının rəsmi facebook səhifəsində yazıldığına görə MMC “Marneuli bələdiyyəsinin avtoparkı” tədbir qrafikinə uyğun olaraq təmənnasız vətəndaşlara saat 16:00-da ərazi vahidlərindən Marneuli istiqamətində, Saat 19:00-da isə əksinə şəhərdən ərazi vahidlərinə xidmət göstərəcək.

Print Email
FaceBook Twitter Google