Azyaşlı uşağa şüşədən müəyyən tüstü qoxulatqdıqları əks olunan video ilə bağlı istintaq başlayıb
DİN “Facebook”-da yayımlanmış azyaşlı uşağa şüşədən müəyyən tüstü qoxulatqdıqları əks olunan video ilə bağlı istintaqa başlayıb.

DİN-dən “Netgazeti”yə verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 272-ci maddəsinin 3-cü hissəsi ilə istintaq aparılır. Həmin maddə 21 yaşa çatmamış şəxsin narkotik maddədən istifadə etməyə cəlb olunmasını nəzərdə tutur.

“Aparılan istintaq nəticəsində aydın olub ki, cari ilin 10 sentyabrında, 2004-cü
il təvəllüdlü oğlan azyaşlı bacısına şüşədən müəyyən maddələrin tüstüsünü qoxuladıb. İşlə bağlı istintaq davam edir”,
– DİN-dən bildirirlər.

Təqsiri sübuta yetirildiyi təqdirdə onu 6 ildən 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google