İlia Cişkarianinin məhkəmə prosesi klinikada baş tutacaq
Cinsi və fiziki zorakılıqda ittiham olunan İlia Cişkarianinin həbs tədbirinin müzakirə olunacağı məhkəmə iclası klinikada baş tutacaq. Bu haqda Netgazetiyə müttəhimin vəkili Mariam Kublaşvili bildirib.

İlia Cişkariani iqtidar partiyasından Tbilisi Bələdiyyə Məclisinin üzvüdür. Onu Bələdiyyə Məclisinin əməkdaşı Tamta Todaze zorakılıqda ittiham edir. Prokurorluq Todazeyə zərərçəkən statusu verib və Cişkarini iki maddəyə əsasən ittiham edilib.

Tbilisi Şəhər Məhkəməsindən
bildirirlər ki, mühafizə tərəfi prosesin klinikada keçirilməsini istəyir, onlar məhkəməyə bildirməlidirlər və sağlamlıq vəziyyəti ilə bağlı arayış təqdim etməlidirlər.

Proses saat 12:30-da təyin edilib.

Tamta Todazenin vəkilinin məlumatına görə, prokurorluq həbs cəzasının təyin etməyi planlaşdırmır, söhbət 10 000 larilik girovdan gedir. Todazenin tərəfi isə bununla razılaşmır.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google