Milli Qida Agentliyi qapalı ictimai iaşə obyektləri üçün tövsiyələr verir
Milli Qida Agentliyi qapalı ictimai iaşə obyektləri üçün tövsiyələr verir.

Qapalı ictimai iaşə müəssisələrinin fəaliyyətinin bərpası ilə əlaqədar olaraq, Milli Qida Agentliyinin mütəxəssisləri fəal monitorinq aparır, yeni koronavirusun yayılma riskinin qarşısını almaq üçün hazırlanan tövsiyələr barədə biznes operatorlara məlumat verir və iaşə müəssisələrindəki vəziyyətlə tanış olurlar. Bu barədə “İnterpressNews”-a Milli Qida Agentliyindən məlumat verilib. Onların sözlərinə görə,
tövsiyələr Səhiyyə Nazirliyi tərəfindən Milli Qida Agentliyinin mütəxəssislərinin iştirakı ilə hazırlanıb.

Məlumat üçün bildirək ki, yeni tip koronavirusun yayılmasının qarşısını almaq üçün hazırlanan tövsiyələrə əsasən açıq tipli iaşə obyektləri iyunun 1-dən, qapalı tipli iaşə obyektləri isə iyunun 8-dən fəaliyyət göstərə biləcəklər.

Print Email
FaceBook Twitter Google