Xilasedicilər Tbilisi dənizində ikinci yeniyetmənin də cəsədini tapıblar
Xilasedicilər Tbilisi dənizində ikinci yeniyetmənin də cəsədini tapıblar. Bu barədə “İnterpressNews”a Daxili İşlər Nazirliyinin Təcili Yardım Xidmətindən məlumat verilib.

Tbilisi dənizində iki yeniyetmənin xilasetmə əməliyyatları bir neçə saat davam edirdi. Xilasedicilər bir az əvvəl
digər azyaşlı uşağın da meyitini sudan çıxardıblar.

Xatırladaq ki, bir neçə saat əvvəl Tbilisi dənizində iki azyaşlı batmışdı. Onların heç birini xilas etmək mümkün olmayıb.
Hadisə yerində 5 dalğıc çalışırdı.

Print Email
FaceBook Twitter Google