Polis Kaxetidə 6 kiloqramdan çox heroin müsadirə edib
Daxili İşlər Nazirliyinin Mərkəzi Cinayət Polis İdarəsinin Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə İdarəsinin əməkdaşları keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində, 1985-ci il təvəllüdlü A.K. Siqnaxi Bələdiyyəsinin Vakiri kəndində, çox miqdarda narkotik maddənin qanunsuz alqı-satqısı ittihamı ilə həbs olunub.

Törədilmiş cinayətə görə, 8 ildən 20 ilə qədər cəza və ya ömürlük həbs cəzası nəzərdə tutulur.

Saxlanılan şəxsin avtomobilinə
baxış keçirən zaman hüquq-mühafizə orqanları 6 kilo 500 qram heroin götürüblər.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin 6-cı hissəsinin "a" yarımbəndi ilə qanunsuz olaraq çox miqdarda narkotik maddənin alınması və saxlanması üzrə istintaq aparılır.


Mənbə: NewsBureau
Print Email
FaceBook Twitter Google