Tsxaltuboda məktəb şagirdi yaralanıb
Tsxaltuboda bir məktəb şagirdi yaralanıb. Hadisə dünən 3 saylı ümumtəhsil məktəbinin yaxınlığında baş verib. Məlumata görə, 18 yaşlı gənc eyni məktəbin on ikinci sinif şagirdidir.

İddialara görə, şagird 20 yaşlarında şəxs tərəfindən yaralanıb.

Baş verən mübahisənin səbəbi məlum deyil, yaralı xəstəxanaya aparılıb.

Əldə
olunan məlumatlara görə, hadisədə iştirak edən şəxs həbs olunmayıb.

Daxili İşlər Nazirliyindən "İnterpressNews"-a verilən məlumata görə, hadisə ilə bağlı sağlamlığa qəsdən ağır ziyan vurmağı nəzərdə tutan 117-ci maddə ilə istintaq başladılıb.

Print Email
FaceBook Twitter Google