Böyük miqdarda bəyan edilməmiş qızıl-zinət əşyalarının gətirilməsi faktı aşkarlanıb
Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin gömrük ofisseri tərəfindən, “Ququti” və “Kutaisi Aeroportu” gömrük buraxılış məntəqələrində şübhə əsasında, Gürcüstan və Rusiya vətəndaşları A.A. və M.M.-nın üzərinə, onlara məxsus avtomobilə baxış nəticəsində, ümumilikdə, 560,23 qram bəyan edilməmiş qızıl-zinət əşyaları aşkarlanıb.

Rusiya vətəndaşının bəyan edilməmiş malının ümumi gömrük dəyəri 13 814 lari təşkil edib. Gürcüstanın Gömrük Məcəlləsinin 168-ci maddəsinin 1-ci hissəsinə
görə, həmin şəxsə sanksiya olaraq 13 814 lari cərimə tətbiq olunub. Gürcüstan vətəndaşının bəyan edilməmiş malının dəyəri 15 000 laridən artıq təşkil etdiyinə görə, işlə bağlı materiallar sonradan reaksiya göstərmək məqsədi ilə Maliyyə Nazirliyinin İstintaq Xidmətinə göndərilib.

Mənbə: rs.ge
Print Email
FaceBook Twitter Google