Piyadanı avtobus vurub
Tbilisidəki Axmeteli metro stansiyası yaxınlığında qadını avtobus vurub.

67 yaşlı qadın təcili yardım briqadası tərəfindən Milli Cərrahiyyə Mərkəzinə aparılıb. Tibb müəssisəsinin "İnfo Rustavi" xəbər agentliyinə verdiyi məlumata görə, xəstə şok vəziyyətində gətirilib və əməliyyat
edilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin yol hərəkəti təhlükəsizliyi və ya istismar qaydalarının pozulmasını nəzərdə tutan 276-cı maddəsi ilə istintaq aparılır.

Print Email
FaceBook Twitter Google