Saqarecoda 32 yaşlı çoban itkin düşüb
Kaxeti bölgəsinin Saqareco bələdiyyəsində 32 yaşlı çoban Comərd Əhmədov itkin düşüb.

Artıq beşinci gündür yaxınları onunla əlaqə saxlaya bilmirlər.

C.Əhmədov iyulun 25-də qoyun sürüsünü otarmaq üçün Tulari kəndindən Pşavi rayonu istiqamətində yola
çıxıb və geri dönməyib.

Gürcüstanın Daxili İşlər Nazirliyində faktla bağlı azadlıqdan qanunsuz məhrum etmə maddəsi üzrə istintaq aparılır.

Çobanın axtarışları intensiv rejimdə davam etdirilir.

Mənbə: report.az
Print Email
FaceBook Twitter Google