Rustavi-Tbilisi yolunda yol-nəqliyyat hadisəsi baş verib [video]
Rustavi-Tbilisi yolunda yol-nəqliyyat hadisəsi baş verib.

“İnfo Rustavi”nin məlumatına görə, “BMW” markalı avtomobilin sürücüsü idarəetməni itirərək, yolun hərəkət hissəsindən çıxaraq su kanalına düşüb.

Qəza nəticəsində 40 yaşlarında olan kişi və 30 yaşlarında qadın xəsarət alıblar. Onlar təcili tibbi yardım briqadası tərəfindən “Rustavi Klinikası”na yerləşdirlib.

Təcili yardım şöbəsinin növbətçi həkimi Lali Qirsiaşvilinin “İnfo Rustavi”yə verdiyi məlumata görə, xəsarət alan şəxslər yüngül xəsarət alıblar.

“Yüngül xəsarət alıblar. Şüurları yerindədir, vəziyyətləri kafirir və adektav araşdırmalar aparılır”,
– Lali Qirsiaşvili bildirib.

Qəzanın baş verdiyi yerə yol patrul xidmətinin əməkdaşları səfərbər olunublar.


Print Email
FaceBook Twitter Google