Bu gün Mixeil Saakaşvilinin dövlət sərhədini qanunsuz keçmə işi üzrə məhkəməsi keçiriləcək
Bu gün Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvilinin Gürcüstanın dövlət sərhədini qanunsuz keçməsi ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi keçiriləcək.

Məhkəmə saat 15:00-da Tbilisi Şəhər Məhkəməsində keçiriləcək.

Məhkəmədə Mixeil Saakaşvili iştirak edəcək.

İclasda ittiham tərəfinin sübutları araşdırılacaq.

Xatırlatmaq istərdik ki, Mixeil Saakaşvilinin sərhədi qanunsuz keçməsi faktı ilə bağlı istintaq oktyabrın 1-dən başlayıb.

İş üzrə daha 4 nəfər - Elquca Tsomaia, Zurab və Şalva Tsotsoriya və Qiorqi Narimanidze ittiham olunub və o, ayrı-ayrılıqda keçirilir. Onlar haqda girov müqabilində həbs-qətimkan tədbiri seçilib.

Print Email
FaceBook Twitter Google