Daxili İşlər Nazirliyi qruplaşmanın törətdiyi dələduzluq və mənimsəməyə görə 12 nəfəri saxlayıb, 6 nəfərə qarşı ittiham irəli sürüb
Daxili İşlər Nazirliyi qruplaşmanın törətdiyi dələduzluq və mənimsəməyə görə 12 nəfəri saxlanılıb, 6 nəfərə qarşı ittiham irəli sürüb.

Daxili İşlər Nazirliyinin də qeyd etdiyi kimi, cavabdeh şəxslər bir-biri ilə lizinq müqavilələri bağlayaraq, lizinq şirkətinin nümayəndələrini aldadıb, sonradan şirkətə bir dəfə də olsun ödəniş etməyib, avtomobilləri lizinq şirkətinə qaytarmayıblar.

“Aparılmış aktiv kompleks istintaq-əməliyyat tədbirləri və əməliyyat tədbirləri nəticəsində Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis İdarəsinin Baş bölməsinin əməkdaşları Tbilisi, İmereti, Sameqrelo, Quriya və Acarıstan vilayətində 12 nəfəri saxlayıb, 6 nəfərə qarşı cinayət işi açılıb. 

Qrupun qabaqcadan razılaşma yolu ilə törətdiyi dələduzluq və mənimsəmə cinayətlərinə görə saxlanılıblar: 1997-ci il təvəllüdlü ., 1987-ci il təvəllüdlü A.C., əvvəllər məhkum olunmuş 1976-cı il təvəllüdlü K.D., 1997-ci il təvəllüdlü A.P., 1997-ci il təvəllüdlü İ.Ç. , 1995-ci il təvəllüdlü A.S., 1992-ci il təvəllüdlü Ş.Ş., 1985-ci il təvəllüdlü Q.Q., əvvəllər məhkum olunmuş 1984-cü il təvəllüdlü U.B., 1995-ci il təvəllüdlü X.K., 1994-cü il təvəllüdlü Z.X. və əvvəllər məhkum olunmuş 1996-cı il təvəllüdlü P.M.

Eyni faktla bağlı qiyabi ittiham irəli sürülüb: 1988-ci il təvəllüdlü T.N., 1978-ci il təvəllüdlü T.K., 1991-ci il təvəllüdlü T.C., 1972-ci il təvəllüdlü K.T., 1984-cü il təvəllüdlü İ.T. və 1990-cı il təvəllüdlü M.T-yə qarşı.

Cinayət 4 ildən 9 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

İstintaq zamanı müəyyən edilib ki, cavabdeh şəxslər bir-biriləri ilə əvvəlcədən razılaşaraq lizinq müqaviləsi bağlayıblar, lizinq şirkətinin nümayəndələrini aldadıblar, sonradan şirkətə heç bir ödəniş etməyiblər və avtonəqliyyat vasitələrini lizinq şirkətinə qaytarmayıblar.

Cinayət əməlləri
nəticəsində təqsirləndirilən şəxslər 20-yə yaxın avtomobili qanunsuz olaraq ələ keçirib və lizinq şirkətinə 200.000 lari maddi ziyan vurublar.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin qrup tərəfindən qabaqcadan razılaşma ilə törədilmiş, külli miqdarda ziyan vuran dələduzluq və mənimsəmə maddəsinə istinad edən 180-ci maddəsinin ikinci hissəsinin “a” və “b” yarımbəndlərinə, 3-cü hissəsinin “b” yarımbəndinə, 182-ci maddənin 2-ci hissəsinin “c” yarımbəndinə və 3-cü hissənin “b” yarımbəndinə uyğun olaraq aparılır.
Print Email
FaceBook Twitter Google