Aprel ayının kommunal güzəştlərindən imtinanın son müddəti bu gün bitir
Gürcüstanın Energetika və Su Təminatı üzrə Milli Tənzimləmə Komissiyası həmrəylik əlaməti olaraq, dövlət tərəfindən müəyyən edilmiş kommunal güzəştlərdən imtina etmək istəyən vətəndaşlara xatırlatmaq istəyir ki, aprel ayının kommunal güzəştlərindən imtinanın son müddəti bu gün, yəni 2020-ci ilin 11 may tarixində bitir.

Gürcüstanın Energetika və Su Təminatı üzrə Milli Tənzimləmə Komissiyasından bm.ge saytına verilən məlumata görə, komissiyanın veb
saytında platforma ( www.gnerc.org/ge/covid-19 ) fəaliyyət göstərir. Bu platforma vasitəsilə dövlət tərəfindən müəyyən edilmiş kommunal güzəştlərdən yararlanmaq imkanı verilən, amma imtina etmək istəyən vətəndaşlar öz qərarlarını qeydiyyatdan keçirə bilərlər.

Xatırlatma: Gürcüstan hökumətinin qərarına əsasən, kommunal güzəştlər ay ərzində (mart, aprel, may) 200 kvt/saatadək elektrik enerjisi, 200 kub metrədək təbii qaz istifadə edən fiziki şəxslərə aiddir.

Bununla yanaşı, Gürcüstanın Energetika və Su Təminatı üzrə Milli Tənzimləmə Komissiyasının veb saytında yerışdirilən platforma vasitəsilə yuxarıda sözügedən güzəştdən imtina etmək istəyən vətəndaşlar aprel və may aylarına görə həm ayrı-ayrılıqda, həm də hər iki aya görə imtinalarını qeydiyyatdan keçirə bilərlər.

Sabahdan etibarən vətəndaşlar yalnız may ayının kommunal güzəştlərindən imtina edə bilərlər.

Mənbə: BM
Print Email
FaceBook Twitter Google