Gürcüstana minik avtomobillərin idxalı azalır - ilk 5 idxalçı ölkə
Gürcüstana minik avtomobillərin idxalı azalır. Bunu Milli Statistika Xidmətinin dərc etdiyi 2024-cü ilin yanvar-may məlumatları da təsdiq edir.

O cümlədən, Milli Statistika Xidmətinin məlumatına görə, ölkəyə minik avtomobillərin illik idxalı 23,4% azalıb. Əgər 2023-cü ilin yanvar-may aylarında ölkəyə 1 milyon 262 milyon 459 min ABŞ dolları dəyərində avtomobil idxal edilibsə, bu il bu göstərici 967
milyon 364,3 min ABŞ dolları təşkil edib.

Kəmiyyət göstəricisinə gəlincə, bu ilin beş ayında ölkəyə 65 min 455, ötən ilin müvafiq dövründə isə 82 min 841 ədəd yüngül avtomobil idxal olunub.

Ölkələrə gəlincə, 2024-cü ilin yanvar-may aylarında minik avtomobili idxal edən ilk 5 ölkə:
  • • ABŞ - 549 952 350 ABŞ dolları, (46 226 ədəd);
  • • Almaniya - 139 257 520 ABŞ dolları, (2 788 ədəd);
  • • Yaponiya - 138 778 090 ABŞ dolları, (9 975 ədəd);
  • • Koreya (Respublika) – 20 244 460 ABŞ dolları, (1 469 ədəd);
  • • Çin - 18.598.000 ABŞ dolları, (1.119 ədəd).
Mənbə: BPN

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google