Gürcüstan sərhədini 209 119 qoşqu keçib - 5 ayda ölkə büdcəsi hansı gəlir əldə edib

2024-cü ilin yanvar-may aylarında Gürcüstanın nəqliyyat dəhlizində yük maşınlarının idarə olunmasından əldə olunan gəlirlər artıb.

İcmal büdcənin gəlirlərinə əsasən, 2024-cü ilin 5 ayında qoşquların idarə olunmasından 73 milyon 191 min 724 lari, 2023-cü ilin eyni dövründə isə 70 milyon 257 min 681 lari daxil olub.

Müvafiq olaraq, 2024-cü ilin yanvar-aprel aylarında büdcəyə yoldan istifadə haqlarından əldə
olunan gəlir əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,9 milyon lari artıb.

Mövcud maliyyə göstəricilərindən belə çıxır ki, 2024-cü ilin yanvar-may aylarında Gürcüstanın dəhlizindən 209 119 yük maşını, ötən ilin eyni dövründə isə 200 736 qoşqu keçib.

Məlumat üçün bildirək ki, Gürcüstan sərhədində tranzit qoşquların yoldan istifadə haqqı 350 lari təşkil edir. Qeyd olunan tarif 20 iyun 2022-ci il tarixindən qüvvədədir. Bundan əvvəl sürücülər 200 lari ödəməli idilər.

 

Mənbə: BPN

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 

Print Email
FaceBook Twitter Google