Hələ sizə mayın 22-də məhdudiyyətlərin hamısının aradan qaldırılacağı barədə söz verə bilmərəm – Tikaradze

Səhiyyə naziri Ekaterine Tikaradzenin sözlərinə görə, mayın 22-də məhdudiyyətlərin hamısnın aradan qaldırılması haqqında danışmaq hələ çox tezdir.



Nazir “İmedi” kanalının efirində deyib ki, Gürcüstanda koronavirusa yoluxmalar azalıb. Müvafiq olaraq, Səhiyyə Nazirliyi tövsiyə verib ki, müəyyən iqtisadi fəaliyyət bərpa olunsun və məhdudiyyətlər qaldırılsın.

Bununla yanaşı, Tikaradzenin bildirdiyinə görə, bu o demək deyil ki, mayın 22-də məhdudiyyətlərin hamısı
aradan qaldırılacaq.

“Epidemioloji vəziyyət o qədər dəyişkəndir ki… Hələlik elə bir gün və elə bir qrup olmayıb ki, yoluxmanın yeni halı təsdiqlənməsin. Buna görə də məhdudiyyətlərin tamamilə qaldırılması haqqında danışmaq çox tezdir.  Mayın 22-dək müşahidə edəcəyik, əgər 3-4 gün yeni pasiyentlərimiz olmasa, karantin tədbirlərinin ləğv edilməsi haqqında danışmağa əsasımız olacaq”,
– deyə Tikaradze bildirib.

Gürcüstanda fövqəladə vəziyyət Gürcüstan Prezidentinin əmri ilə mayın 22-nə kimi uzadıldı. Ona qədər isə baş nazir prezidentə bununla bağlı təqdimatla müraciət etmişdi.
____________________________________
Gürcüstanda koronavirusla bağlı saat 11:00-a görə olan son vəziyyət aşağıdakı kimidir:
KORONAVIRUS TƏSDIQLƏNİB - 652
O CÜMLƏDƏN SAĞALIB - 383
ÖLƏNLƏRIN SAYI - 11
KARANTIN REJIMINDƏ - 4246
STASIONAR NƏZARƏT ALTINDA - 394
*XARICDƏN MÜALICƏ ÜÇÜN GƏTIRILƏN GÜRCÜSTAN VƏTƏNDAŞLARI - 3
Mənbə: Netgazeti

 

Print Email
FaceBook Twitter Google