11 yaşlı qıza qarşı əxlaqsız hərəkətə görə bir nəfər saxlanılıb
Qərbi Gürcüstanın bölgə prokurorluğu B.İ-yə on dörd yaşına çatmamış şəxsə qarşı əxlaqsız hərəkətlər törətmə ittihamı irəli sürüb.

Prokurorluğun verdiyi məlumata görə, istintaq nəticəsində aydın olub ki, B.İ. 2020-ci ilin aprel və may aylarında 11 yaşlı qıza qarşı əxlaqsız hərəkətlər edib.

Hüquq-mühafizə orqanları B.İ.-ni mayın 16-da saxlayıblar. Ona qarşı Cinayət Məcəlləsinin 141-ci maddəsinin 2-ci hissəsinin
“v” bəndi ilə (təqsirkar üçün aşkar surətdə on dörd yaşına çatmamış şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmə) ittiham irəli sürülüb ki, buna görə də 8 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Prokurorluq həbs qətimkan tədbiri seçilməsi üçün artıq məhkəməyə müraciət edib.

Mənbə: batumelebi.netgazeti.ge
Print Email
FaceBook Twitter Google