Nataxtaridə əhali içməli su tələb edir
Nataxtaridə yerli sakinlər içməli suyun olmamasına etiraz ediblər. Nataxtari əhalisi artıq bir aydır susız qalıb. Səbəb isə, yerli hakimiyyət orqanları tərəfindən dəfələrlə verilən vədlərə baxmayaraq sıradan çıxmış su quyusu probleminin həll olunmamasıdır.

“Hamımızın balaca uşaqlarımız var. Uşaqlara vermək üçün suyumuz yoxdur. Nə qədər vəd verildiyini bilirsinizmi? Keçən il də söz vermişdilər, hər il bizə söz verirlər,
amma nəticə yoxdur",
- deyə yerli sakinlərdən biri bildirib.

İcra başçısının müavini etirazçıların yanına gəlib. Quyunun inşaat işlərinin layihəsini əhaliyə təqdim edib, bununla yanaşı bildirib ki, layihə üçün hələ tender elan edilməyib.

“Tenderdə kimsə iştirak etsə və sənədlərlə hər şeyi bizə təqdim etsə, mütləq müqaviləni imzalayacağıq və ən qısa zamanda bu məsələni şəxsi nəzarətə götürəcəyəm”,
- deyə icra başçısının müavini bildirib.

“Mtavari”nin, “tikinti işlərinə nə qədər vaxt lazım olacaq?” sualı isə icra başçısının müavinini əsəbiləşdirib.

“Su işlərinə lazım olan qədər vaxt lazımdır”, - deyə hökumət nümayəndəsi bildirib.

Nataxtari sakinləri artıq yerli rəhbərliyin vədlərinə inanmırlar. Yerli sakinlər quyu işinin həllindən əvvəl alternativ su təchizatı təşkil etməyi tələb ediblər. Tələblərinin yerinə yetirilmədiyi təqdirdə, mərkəzi yolu bağlayacaqlarını bildiriblər.

Mənbə: mtavari.tv
Print Email
FaceBook Twitter Google