Video: Tikaradzenin köməkçisi robot Pepper səhnədən yıxıldı
Ekaterine Tikaradzenin Covid-19-u məğlub etməkdə bizə yardım edəcəyini anons etdiyi Robot Pepper təqdimatdan sonra səhnədən yıxılıb. Sosial şəbəkədə paylaşılan videoda, robotun səhnədən geriyə çəkildiyi, konstruksiyanın kənarına çatanda yıxıldığı, ancaq qəzadan xilas olduğu və yaxınlıqdakı insanlar tərəfindən tutulduğu görünür.



Bu zaman, səhnədə olan baş nazir Qiorqi Qaxaria: ”Dediklərimdən nəsə xoşuna gəlmədi”, – deyə zarafat edib.

Tikaradze Robot
Pepperi ictimaiyyətə özünün köməkçisi olaraq tanıdıb və koronavirusla mübarizədə kömək edəcəyini bildirib. Hələlik, robot haqqında başqa məlumat verilmir.

"Bu gün bəzi gözlənilməz sürprizlərimiz var və bunlardan birincisi dünən Fransadan gələn və indi gürcü dilini öyrənən köməkçim Pepperdir. O, gələcəkdə koronavirusu məğlub etməyimizə də kömək edəcək və bu tele-tibbdə ən yeni sözlərdən biridir. Bir az sonra onun imkanları ilə tele-tibb stendinin qarşısında daha ətraflı tanış olacağıq”, – deyə Tikaradze bildirmişdi.



Bu gün, iyunun 18-də Səhiyyə Nazirliyi koronavirusla mübarizə barədə hesabat təqdim edib.

Mənbə: On
Print Email
FaceBook Twitter Google