Əfqanıstanda olan daha 10 Gürcüstan hərbçisində koronavirus aşkarlanıb
Əfqanıstanda olan daha 10 Gürcüstan hərbçisinə koronavirus diaqnozu qoyulub. Bu barədə məlumat Müdafiə Nazirliyi tərəfindən yayımlanıb.

“İyulun 10-da vətənə qaytarılan 28 hərbi qulluqçudan 8-i sağalıb və artıq tibb müəssisəsini tərk edib. Qalan hərbi qulluqçuların səhhətləri qənaətbəxşdir. İnfeksiya heç bir ağırlaşma olmadan gedir. Yolxumanın mənbəyi eyni klasterlə – yerli əfqan personalı ilə əlaqələndirilir.
Hazırda Əfqanıstanda aparılan
müvafiq araşdırmalar digər gürcü hərbçilərinin "Covid-19"-a yoluxduğunu təsdiqləmir. Əfqanıstanda qalan Gürcüstan kontingentinin bir hissəsi rotasiya ilə bir neçə həftə ərzində Gürcüstana qayıdacaq, onlar müəyyən edilmiş qaydalara uyğun olaraq 2 həftəlik karantin keçəcək.

Gürcüstan Müdafiə Nazirliyi, müdafiə qüvvələrinin və ümumilikdə ölkənin müsbət dinamikasının qorunmasını təmin edəcək bütün qabaqlayıcı və tövsiyə tədbirlərini fəal şəkildə həyata keçirir ",
– deyə Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.

Print Email
FaceBook Twitter Google