Gürcüstanda daxili reyslər bu gündən etibarən bərpa olunur
Hava limanları Birliyindən verilən məlumata görə, bu gün, 24 iyul tarixindən etibarən Nataxtaridən Mestiya və Ambrolauri hava limanlarına, Tbilisidən Batumi hava limanına müntəzəm reyslər bərpa olunur.

Verilən məlumata görə, 2020-ci il baş nazirin təşəbbüsü ilə daxili turizm ili elan edilib. Buna görə də daxili turizmin populyarlaşdırılması üçün daxili uçuşların inkişafına böyük diqqət yetiriləcək.

"Daxili turizmin stimulyasiyası
üçün daxili uçuşların başlanması vacibdir. Bunu həm ölkəmizin dağlıq bölgəsinin insanları, həm də yerli qonaqlar gözləyir. Yüksək gözləntilər biletlərin satışında da öz əksini tapır – hazırda əldə olunan məlumata görə, artıq müxtəlif istiqamətlərə 300-dən çox bilet satılıb",
– Hava Limanları Birliyinin rəhbəri Tamar Arçuadze qeyd edib.

Qurumdan verilən məlumata görə, daxili reyslər üçün biletlərin qiyməti dəyişməyib və 2019-cu ildə olduğu kimi qalıb.

Gürcüstan Hava Limanları Birliyinin rəhbəri avqust ayından etibarən Mestiyaya həftədə 5 dəfə, Ambrolauriyə həftədə 3 dəfə və Batumiyə həftədə 4 dəfə müntəzəm uçuşlar həyata keçiriləcəyini deyir.

Mənbə: On
Print Email
FaceBook Twitter Google