Aİ-nin xarici əlaqələr üzrə sözçüsü Peter Stano baş nazir İrakli Kobaxidzenin bəyanatına “Formula” ilə cavab verir və qeyd edir ki, "rus qanunu"nun qəbulu Avropa İttifaqından geri çəkilməkdir.
Jurnalist Tamar Şarikadze zorakılığı təşviq edən süjetlər hazırlamaq üçün rəhbərdən aldığı tapşırığı əsas gətirərək, beş illik əməkdaşlıqdan sonra hökumətin təbliğat-təşviqat telekanalı "İmedi"ni tərk edib.
Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, iyunun 21-dək Gürcüstanda yüksək temperatur fonunda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Prokurorluğun məlumatına görə, kiber fırıldaqçılıq və dələduzluq yolu ilə 150 000 ABŞ dolları məbləğində vəsaitin əldə edilməsi faktlarına görə iki xarici ölkə vətəndaşı və iki hüquqi şəxs barəsində cinayət işi başlanıb.