30 aprel tarixində Marneuli Bələdiyyə Məclisinin iclası baş
tutacaq.
Bu barədə Bələdiyyə Məclisinin feysbuk səhifəsində məlumat
yayımlanıb. İclas meriya binasında, saat 12:00-da başlayacaq və
gündəlikdə nəzərdə tutulmuş 10 məsələ müzakirə olunacaq.
Marneuli Bələdiyyə Məclisinin 2024-cü il 30 aprel tarixində
keçiriləcək iclasının gündəliyi:
1. “Marneuli bələdiyyəsinin 2024-cü il büdcəsinin
təsdiqlənməsi haqqında” Marneuli Bələdiyyə Məclisinin 2023-cü il 25
dekabr N27 sərəncamında dəyişiklik edilməsi haqqında.
/Məruzəçi. Koba Çxitunidze, Teona Parciani/
2. Marneuli bələdiyyəsinin 2023-cü il yerli büdcəsinin icrası ilə
bağlı hesabatın dinlənilməsi haqqında.
/Məruzəçi. Koba Çxitunidze, Teona Parciani/
3. Birləşmiş Millətlər Təşkiatının Baş Assambleyası tərəfindən
təsdiqlənmiş davamlı inkişaf məqsədlərinin bələdiyyə səviyyəsində
tətbiqi haqqında.
/Məruzəçi. Mamuka Şubitidze/
4. “Marneuli meriyası üçün yanacaq və danışıq limitlərinin müəyyən
edilməsi haqqında” Marneuli Bələdiyyə Məclisinin 2023-cü il 25
dekabr N79 sərəncamında dəyişiklik edilməsi haqqında.
/Məruzəçi. Mamuka Şubitidze/
5. Marneuli meriyasının Əmlakın İdarəolunması və Maddi-Texniki
Təminat Xidməti rəhbərinin 2024-cü il 23 aprel N07-322411420
izahatnaməsinin müzakirəsi haqqında.
/Məruzəçi. Qivi Qiorqadze/
6. Marneuli meriyasının Əmlakın İdarəolunması və Maddi-Texniki
Təminat Xidməti rəhbərinin 2024-cü il 23 aprel N07-3224114152
izahatnaməsinin müzakirəsi haqqında.
/Məruzəçi. Qivi Qiorqadze/
7. Marneuli bələdiyyəsinin əmlakında olan qeyri-kənd təsərrüfatı
təyinatlı torpaq sahələrinin (i/k. 83.04.14.121) birbaşa istifadəyə
verilmə qaydası ilə icarə hüququnun verilməsi haqqında.
/Məruzəçi. Qivi Qiorqadze/
8. Marneuli bələdiyyəsinin əmlakında olan qeyri-kənd təsərrüfatı
təyinatlı torpaq sahələrinin (i/k. 83.06.12.187) birbaşa istifadəyə
verilmə qaydası ilə icarə hüququnun verilməsi haqqında.
/Məruzəçi. Qivi Qiorqadze/
9. Marneuli bələdiyyəsinin əmlakında olan qeyri-kənd təsərrüfatı
təyinatlı torpaq sahələrinin (i/k. 83.06.12.341) birbaşa istifadəyə
verilmə qaydası ilə icarə hüququnun verilməsi haqqında.
/Məruzəçi. Qivi Qiorqadze/
10. Sosial məsələlər
/Məruzəçi. Zurab Çoniaşvili/
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.