Bu gün, 9 may tarixində ikinci dünya müharibəsində faşizm üzərində
qələbədən 79 il ötür.
Marneulidə Böyük Vətən Müharibəsi veteranı qalmayıb. 2022-ci ildə
yalnız iki veteran, 98 yaşlı Hüseyn Vəliyev və 96 yaşlı Ziyatxan
Kiryakov sağ idi. Ancaq onların hər ikisi dünyasını dəyişib.
Marneuli yerli özünüidarəsi 9 may tarixini qeyd etmək üçün gül
dəstəsi və qərənfillər alıb.
“Bu müharibə bəşəriyyətin tarixinə ən qanlı və
məhvedici hadisə kimi yazılıb. Gürcüstandan getmiş on minlərlə
döyüşçü faşistlərlə vuruşub. Onlar millət və ölkə qarşısında
borclarını vicdanla ödədilər. Döyüşçülərdən çoxu vətənə geri
qayıtmadı, qayıdanların əksəriyyəti isə artıq bizimlə deyil. Bir
daha İkinci Dünya müharibəsində həlak olmuş qəhrəmanlara hörmət
göstərməyimizi, “Yenə də böyüyəcəklər” memorialına canlı gül
əklilləri və çiçəklər (20 ədəd canlı qərənfil) aparmağı
məqsədəuyğun hesab edirik”, – sadələşdirilmiş
müqavilədə yazılıb.
İkinci Dünya Müharibəsi tarixə ən genişmiqyaslı və qanlı münaqişə
kimi düşüb. 1939-cu ildən 1945 ilə qədər davam edən müharibədə 300
min Gürcüstan vətəndaşı həyatını itirib. Müharibə 40 dövlətin
ərazisində gedirdi.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.