Maradonanın əfsanəvi kuboku ətrafında QALMAQAL
Sahibi əfsanəvi eks-kapitan və Argentina millisinin sabiq hücumçusu Dieqo Maradona olan "Qızıl top" Fransadakı "Aquttes" evində keçirilən hərracdan çıxarılıb.

Maradonna bu fəxri kuboku Argentina yığmasının 1986-cı il Dünya Kubokunu qazanmasından 10 il sonra alıb.

Kubokun dəyəri bir neçə milyon dollar qiymətləndirilir. Onun satışı üzrə hərrac iyunun 6-da "Aguttes" hərrac evində keçirilməli idi. Mükafat idman tarixində
ən bahalı lot ola bilərdi.

Dieqo Maradonanın ailə üzvləri kubokun 1989-cu ildə oğurlandığını iddia etdiyi üçün "Qızıl top"un satışı dayandırılıb. Fransa məhkəməsi "Qızıl top"un satışını qadağan edib və bütün hallar aydınlaşana qədər ona həbs qoyub.



Mənbə: oxu.az

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google