Daxili İşlər Nazirliyi: “Daryal” sərhəd məntəqəsindən siqnal mesajına görə təxliyə həyata keçirilib
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, “Daryal” sərhəd-keçid məntəqəsindən Devdorak tərəfindən daxil olan siqnal əsasında patrul polisi, gömrük xidməti, sərhəd polisi və keçid məntəqəsində çalışan özəl şirkətlərin bütün əməkdaşları təhlükəsiz yerə təxliyə edilib.

Devdorak Terqi çayının sol qoludur, onun başında maili yatağı və böyük miqdarda dağılmış laylar vardır.

“Saat 08:36-da DİN-in Fövqəladə Hallar İdarəsi xidmətində Devdorakda
quraşdırılmış ölçmə detektorundan cərəyanın minimal artımı halında dəyişiklik qeydə alınan siqnal mesajı daxil olub.

Daxil olan məlumat əsasında dərhal məlumatın yoxlanılmasına başlanılıb. Eyni zamanda, protokola uyğun olaraq, “Daryal” sərhəd-keçid məntəqəsindən patrul polisi, gömrük xidməti, sərhəd polisi və keçid məntəqəsində çalışan özəl şirkətlərin bütün əməkdaşları təhlükəsiz yerə təxliyə edilib.

Əraziyə baxış keçirmək üçün Ətraf Mühitin Mühafizəsi üzrə Milli Agentliyin əməkdaşları və geoloqların olduğu sərhəd polisinin helikopteri artıq havaya qalxıb. Eyni zamanda, qarşısının alınması məqsədilə Qveleti kəndi yaxınlığında avtomobil yolu bağlanıb. Bütün növ avtonəqliyyat vasitələri üçün hər iki istiqamətdə hərəkət məhdudlaşdırılıb”,
- məlumatda deyilir.

Mənbə: Publika

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google