Daxili İşlər Nazirliyinin məlumatına görə, 44 yaşlı kişi Tbilisidə
iki nəfəri qəsdən öldürməkdə ittiham edilərək saxlanılıb.
Agentliyin məlumatına görə, münaqişə məişət zəminində başlayıb.
Saxlanılan şəxsin qonşusu və qonşusunun dostu dünyasını
dəyişib.
Cinayət 16 ildən 20 ilədək və ya ömürlük həbslə cəzalandırılır.
“İstintaq zamanı müəyyən edilib ki, təqsirləndirilən
şəxs Tbilisidə mövcud məişət zəminində qonşuluqda yaşayan 1985-ci
il təvəllüdlü B.B.-ni və onun dostu 1984-cü il təvəllüdlü N.A-nı ov
tüfəngindən açdığı bir neçə atəşlə yaralayıb. Aldıqları xəsarətlər
nəticəsində hər ikisi hadisə yerində dünyasını dəyişib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri
nəticəsində İ.K. isti izlərlə saxlanılıb. Hüquq-mühafizə
orqanlarının əməkdaşları cinayət silahını sübut kimi
götürüblər.
İstintaq Cinayət Məcəlləsinin 109-cu maddəsinin “L” bəndi ilə, yəni
ağırlaşdırıcı şəraitdə törədilən iki şəxsi qəsdən öldürmə ilə
aparılır”, - məlumatda deyilir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.