DTX: 2 nəfəri silah saxladıqlarına görə saxladıq və onlarda İŞİD bayraqları da var idi
Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətindən verilən məlumata görə, terror cinayəti ilə bağlı davam edən istintaq çərçivəsində həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah və döyüş sursatları əldə edib saxladıqlarına görə iki Gürcüstan vətəndaşı saxlanılıb.

Xüsusi əməliyyat Batuminin iki yerində eyni vaxtda keçirilib.

Agentliyin məlumatına görə, saxlanılan şəxslərin yaşayış yerlərindən avtomat silahlar, tapançalar, əl
qumbaraları, “İslam Dövləti” terror təşkilatının rəmzi bayraqları və istintaq üçün vacib olan müxtəlif növ dəlillər çıxarılıb.

Dövlət Təhlükəsizliyi Xidmətinin Terrorla Mübarizə Mərkəzində Cinayət Məcəlləsinin 3 ildən 6 ilədək və 10 ildən 17 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutan 236 və 328-ci maddələri ilə araşdırma aparılır.

DTX-nın məlumatına görə, saxlanılan şəxslərin “İslam Dövləti” terror təşkilatı ilə əlaqələrinin müəyyən edilməsi məqsədilə antiterror tədbirləri fəal şəkildə həyata keçirilir.

Mənbə: Publika

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google