Havalar soyuduqca insanlar nar, mandarin, portağal, feyxoa kimi qış
meyvələrinə üstünlük verir. İnsan sağlamlığına bir çox faydaları
olan nar boğaz ağrısı və öskürəyə faydalıdır.
Araşdırmalara görə, nar qabığı antibakterial xüsusiyyətlərə
malikdir və orqanizmi toksinlərdən təmizləməyə kömək edir. Əgər
öskürəkdən əziyyət çəkirsinizsə, nar qabığının suyu və ya tozunu
qəbul edə bilərsiniz. Nar qabığı ekstraktları da tez-tez
ağız
qarqaralarında və diş pastalarında istifadə olunur;
Araşdırmalar göstərir ki, nar şirəsi ürək-damar sağlamlığını
qoruyur, təzyiqi, pis xolesterini və qan şəkərini aşağı salır.
Tərkibindəki C, A və E vitaminləri sayəsində görmə sağlamlığını da
dəstəkləyən nar suyunun tərkibindəki B və C vitaminləri dərinin
sağlamlığına və gözəlliyinə töhfə verir. Nar çəyirdəyi yağının da
sağlamlığa çox faydalı təsiri var. Nar toxumu yağı qidalandırıcı və
müalicəvi xüsusiyyətlərinə görə qida, əczaçılıq və kosmetika
sənayesində funksional tərkib hissəsi kimi istifadə olunur. Nar
toxumu yağında fitosterollar var.
Milli.Az