Baş ağrısı zamanı çaya bunu qatıb için
Baş ağrıyanda çox zaman kofein tərkibli olduğu üçün çay yaxşı təsir edir.

Lakin çaya rozmarin qatanda bu içki baş ağrısını anında kəsir.


Alimlər rozmarinin təbii ağrıkəsici olduğunu qeyd ediblər.

Eləcə də rozmarinli çay həzm sistemini yaxşılaşdırır, ödemi, şişkinliyi götürür, bir sıra xroniki xəstəliklər riskini azaldır. Məsələn, ürək-damar, xərçəng və s.

Gərginlik tipli baş
ağrısı, stress zamanı, eləcə də yaddaş və beyin güclənməsi üçün bu çayı düzəldib için.

Düzgün hazırlamaq üçün bir çay qaşığı quru rozmarini bir fincan qaynar suda 1 saat dəmləyin.

Sonra bu dəmləmədən hər çay içəndə 1 xörək qaşığı miqdarında çaya qatıb, zövqə görə qənd və ya limon əlavə edib içə bilərsiz.

Özünüzü yaxşı hiss etmədiyiniz günlərdə mütləq rozmarinli çay için.

Saglamolun.Az



Print Email
FaceBook Twitter Google