837-ci ilin 10 aprelində Halley quyruqlu ulduzu Dünyanın yaxınından
keçdi.
Təbii hüquq nəzəriyyəsinin ilk görkəmli nümayəndəsi, niderland
hüquqşunası, siyasi filosofu və dövlət xadimi Hüqo Qrotsi 1449-cu
ilin 10 aprelində anadan olub.
Litva rəssam, bəstəkar və yazar Mikalojus Konstantinas Kiurlionis
1911-ci ilin 10 aprelində dünyasını dəyişib.
Titanik ilk səfərini İngiltərənin Sauthempton limanından ABŞ-ın
Nyu-York şəhərinə doğru gerçəkləşdirməli idi. Səfərin 1912-ci il 10
aprel tarixində başlanması nəzərdə tululmuş və elə həmin tarixdə də
səfər başlamışdır. Həmin gün əvvəlcə gəminin şəxsi heyyəti gəmiyə
daxil olmağa başladı. Yerli vaxtla saat 9:30 isə sərnişinlərin
gəmiyə daxil olmasına icazə verildi. Gəmi Sauthempton limanından
günorta saatlarda yola düşdü. İlk səyahəti zamanı 14 aprel 1912-ci
ildə Atlantik okeanında aysberqlə toqquşaraq 2 saat 40 dəqiqə sonra
batmışdır.
Stalinen sonra Sovet ədəbiyyatında xüsusi bir səs olaraq diqqət
çəkən Tatar və İtalyan mənşəli şair İzabella Ahatovna Ahmadulina
1937-ci ilin bu günü Mosqvada anadan olub.
1972-ci ildə İranda 7 ballıq gücündə zəlzələ baş verdi. Təxminən
5.000-dən çox insan dünyasını dəyişmişdir. Zəlzələdə Firuzabat və
Cehrum şəhərlərində binalar yerlə bir olmuşdur.
Fransız oyunçu və rejissor Guillaume Canet 10 aprel 1973-cü ildə
anadan olub.