"Google" gizli şəkildə istifadəçiləri izləyirmiş
"Google" bir neçə ildir ki, istifadəçilərin şəxsi məlumatlarını toplayıb və hətta uşaqların səsini də qeydə alıb.

Bu barədə "Google"un daxili məlumat bazasına istinadən məlumat verilir.

Bu bazada təqdim olunan məlumatlara əsasən, 2013-cü ildən 2018-ci ilə qədər "Google"un əməkdaşları minlərlə istifadəçilərin şəxsi məlumatlarının saxlanması və istifadəsi hallarını qeydə alıblar. Məsələn, bu hallardan biri istifadəçilərin xəbəri olmadan onların elektron
məktublarının saxlanılması ilə bağlı olub.

Bundan əlavə, sənədlərdə "Waze" istifadəçilərinin ünvanlarının açıqlanması, silinmiş baxış tarixçəsi əsasında "YouTube"da tövsiyələrin göstərilməsi və "Socratic" tədris proqramında bir milyondan çox istifadəçinin (o cümlədən uşaqların) elektron poçt ünvanlarının açıqlanması qeyd olunur.

"Google"un nümayəndəsi bəzi məlumatları təsdiqləyib, lakin hesabatların altı il əvvəl tərtib edildiyi üçün köhnəldiyini bildirib.

Xatırladaq ki, dörd il əvvəl ABŞ-də "Google"un baş şirkəti "Alphabet Inc"ə qarşı iddia qaldırılmışdı. Korporasiya, hətta icazə verilmədikdə belə, müxtəlif proqramların istifadəçiləri izləməsində ittiham olunub. Məlumatların toplanması, hətta brauzerdə "İnkoqnito" rejimi aktiv olduqda belə həyata keçirilib.

Mənbə: Milli.Az

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google