Daxili kanalların bərpası üçün elan edilmiş tenderdə heç kim iştirak etməyib
Marneuli bələdiyyəsi ərazisindəki daxili suvarma kanallarının bərpası üçün elan edilmiş tender baş tutmayıb. 83 119 lari dəyərində tenderdə heç bir şirkət iştirak etməyib.

Tender sənədlərinə görə, torpağın qazılması, ekskavatorla özüboşaldan yük maşınlarına yüklənməsi, 1 nasosla suyun vurulması, monolit dəmir/beton təbəqə ilə kanalların qurulması və s. planlaşdırılırdı.

Tenderdə verilmiş açıqlamaya görə, müqavilə bağlandıqdan 2024-cü ilin 31 mart
tarixində qədər, mərhələli şəkildə, yazılı tapşırıqlara uyğun olaraq xidmət göstərilməli idi.

Hələ ki, meriyanın həmin xidmətə görə nə zaman yeni tender elan edəcəyi məlum deyil.

Print Email
FaceBook Twitter Google