Yenikənd və Qırmızıkənddə park salınmasına 39 381 lari xərclənəcək
Marneuli yerli özünüidarəsi kəndə dəstək proqramı çərçivəsində Marneulinin iki kəndində uşaq parkının salınması işləri üçün sadələşdirilmiş müqavilə bağlayıb.

Marneuli meriyası 39 381 lari 54 tetri dəyərində müqaviləni “Pila 2010” MMC ilə bağlayıb.

Müqaviləyə görə, Yenikənddə parkın salınması üçün ümumilikdə 24 262 lari xərclənəcək. Buradan 15 220 lari dövlət büdcəsindən, 9 042 lari isə yerli büdcədən ayrılıb. Qırmızıkənddə parkın salınması üçün ümumilikdə 15 119 lari xərclənəcək. Həmin vəsait bütövlükdə mərkəzi büdcədən
ayrılıb.

Marneuli meriyası və “Pila 2010” MMC arasında bağlanmış sadələşdirilmiş müqaviləyə əsasən, şirkət Yenikənd və Qırmızıkənddə parkı 180 gün ərzində düzəltməlidir.

Marneuli miqyasında kəndə dəstək proqramı çərçivəsində ümumi kənd toplantıları və əhali ilə məsləhətləşmələr 15 gün ərzində aparılırdı.

Kəndə dəstək proqramı üçün Gürcüstanın Regionlarından Həyata Keçirilən Layihələr Fondundan 2023-cü ildə 1 232 000 lari ayrılıb.

Kəndlərə vəsait əhalisinin sayına görə bölünür. Bir kənd üçün nəzərdə tutulmuş ən az məbləğ 10 000, ən çox isə 20 000 laridir.

Print Email
FaceBook Twitter Google