SOCAR-ın Gürcüstan nümayəndəliyində Zəfər Günü qeyd olunub
7 noyabr tarixində Tbilisidə, SOCAR-ın Gürcüstan nümayəndəliyində 8 Noyabr - Zəfər Günü ilə bağlı tədbir keçirilib.

Tədbirdə Azərbaycan və Türkiyənin Gürcüstandakı səfirləri - Faiq Quliyev və Ali Kaan Orbay, dost ölkələrin hərbi attaşeləri, diplomatlar, Gürcüstan parlamentinin deputatı Savalan Mirzəyev, Marneuli şəhərinin meri Kənan Ömərov, Azərbaycan, Gürcüstan və Türkiyənin iş adamları, ictimaiyyət nümayəndələri, Qarabağ müharibəsi zamanı canlarından
keçmiş Gürcüstandan olan şəhidlərin ailə üzvləri və yaxınları, din xadimləri iştirak ediblər.

Əvvəlcə şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad olunub.

Tədbirdə Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı parlaq qələbə barədə danışılıb, bu tarixi nailiyyəti şərtləndirən əsas amillər barədə məlumat verilib.

Tədbirdə həmçinin gürcü məktəblisi Məhəmməd Qasımovun Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr etdiyi "O, bir dahidir" kitabının təqdimatı olub. Daha sonra "Oğul" sənədli filmi nümayiş etdirilib. Bildirilib ki, Birinci Qarabağ müharibəsindən, xüsusilə Xocalı soyqırımından bəhs edən bu film xarici ölkələrdə ilk dəfə Gürcüstanda nümayiş etdirilib.
Mənbə: report.az

Print Email
FaceBook Twitter Google