Marneuli bələdiyyəsinin yerli özünüidarəsi meriya binasının
birinci, ikinci və üçüncü mərtəbələrinin bərpasını planlaşdırır.
Yerli özünüidarə 15 noyabr tarixində, Marneuli meriya binasının
bərpa/yenidənqurma işləri üçün lazımı smeta sənədlərinin tərtib
edilməsi xidmətinə görə 25 000 lari dəyərində tender elan edib.
Meriya binasının bərpa işlərinin texniki tapşırığına əsasən,
meriyanın birinci mərtəbəsində İnfrastruktur və İqtisadi İnkişaf
Xidmətinin gözləmə otağı, Maddi-Texniki
Təminat Şöbəsinin otağı,
mühafizə polisinin otağı, Qadın otağı, birinci mərtəbənin
dəhlizləri, Nəzarət Xidmətinin otaqları təmir olunmalıdır.
İkinci mərtəbədə hər iki konfrans zalın və dəhlizlərin təmiri
nəzərdə tutulub. Üçüncü mərtəbədə isə üç eyvan, merin birinci
müavinin iş otağı və üçüncü mərtəbənin dəhlizlərinin təmiri
planlaşdırılır.
Bundan əlavə, layihə ilə meriya binasının dam örtüyünün tam təmiri
və fiziki imkanları məhdud şəxslər üçün adaptasiya edilmiş liftin
quraşdırılması nəzərdə tutulub. Texniki tapşırığa görə, işlərin
güman edilən dəyəri 500 000 lari olacaq.
Qeyd edək ki, Marneuli bələdiyyəsinin yerli özünüidarəsi meriya
binasının birinci mərtəbəsi və fasadın bərpa işləri üçün artıq 1
172 284 lari xərcləyib. Buradan 825 900 lari meriya binasının həyət
və ətraf ərazisinin bərpasına, abadlaşdırılmasına, 346 384 lari isə
birinci mərtəbənin bərpasına xərclənib.