Azər Süleymanov yenidən siyasətə qayıda bilərmi? – keçmiş deputatdan açıqlama
“Mən heç bir partiyadan deputatlığa hazırlaşmıram”, – bu fikirləri “Marneuli” radiosu ilə söhbəti zamanı 16 il Gürcüstan Parlamentinin deputatı olmuş Azər Süleymanov dedi. Onun sözlərinə görə, artıq o, özü üçün yaşamaq istəyir. Süleymanovun dediyinə görə, onun rəqibləri arxayın ola bilərlər.

“Tam əminliklə deyə bilərəm ki, Azər Süleymanov seçki karyerasını bitirib. Mən 4 dəfə Gürcüstan Parlamentinin deputatı olmuşam. Heç bir partiyadan nə “Gürcü arzusu”ndan, nə də ki, başqa partiyalardan, heç haradan deputatlığa hazırlaşmıram. Nə də ki, elə bir fikrim yoxdur. Amma ataların bir sözü var - “Heç vaxt heç vaxt demə”. Bugünkü gün heç bir fikrim yoxdur. Nə də ki, elə bir təklif yoxdur. Azər Süleymanov hər hansı partiyadan millət vəkilliyinə hazırlaşsın. Rəqiblərə rahat deyə bilərsiniz ki, rahat olsunlar. Mənim elə bir fikrim yoxdur. Bəlkə kimlərinsə fikri var. Amma mən arxayınam ki, o iş barəsində fikirləşmirəm. Bəlkə təklif də ola bilər. Amma mən artıq bir az da özüm üçün yaşamaq istəyirəm. Artıq gənclərə yol açmışam. Hələlik artıq siyasətlə məşğul olmaq fikrim yoxdur. Amma heç vaxt, heç vaxt demirəm. Yəni 56 yaşım var. Hər şey qabaqdadır”, – Azər Süleymanov dedi.

Qeyd edək ki, keçmiş millət vəkili Azər Süleymanov 1996–1999-cu illər ərzində Marneuli İcra hakimiyyətinin iqtisadiyyat şöbəsinin müdiri vəzifəsini yerinə yetirib. 1999–2003-cü illərdə majoritar yolla seçilərək millət vəkili olub. 2003–2008-ci illərdə Kvemo-Kartli qubernatorunun müavini kimi çalışıb. 2008–2020-ci illərdə yenidən millət vəkili olaraq fəaliyyət göstərmişdir. Süleymanov 2021-ci ildə “Vahid Milli Hərəkat” partiyasın tərk edib. Hal-hazırda keçmiş deputat siyasi fəaliyyətlə məşğul olmur.
Keçmiş deputatın oğlu Gürcüstanın Sloveniyadakı səfirliyinin birinci katibi vəzifəsinə təyin olunub
Azər Süleymanov Vahid Milli Hərəkat partiyasından ayrıldı
Bizim üçün fərqi yoxdur ki, sabah baş nazir kim olacaq, bizim tələbimiz növbədənkənar seçkilərdir – Azər Süleymanov Qaxarianın istefası barədə

Print Email
FaceBook Twitter Google