Marneulidə “Müasir Təlim Texnologiyaları” adlı kitabın təqdimatı keçirilib
Bu gün, 29 iyun tarixində Marneulidə fəaliyyət göstərən “Azərbaycan Evi”ndə “Müasir Təlim Texnologiyaları” adlı kitabın təqdimatı keçirilib. Tədbir “Azərbaycan Evi”nin dəstəyi ilə baş tutub.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Evinin direktoru Məhəbbət İmanov iştirakçıları salamlayaraq bildirib ki, bir neçə gün öncə Gürcüstanın futbol üzrə milli komandasının Avropa çempionatında möhtəşəm və tarixi qələbəsi münasibətilə iştirakçıları təbrik
edib və milli komandaya növbəti mərəhələdə uğurlar arzu edib.

O, çıxışında professor Sərdar Yusubovun həyatı və elmi yaradıcılığı haqqıında iştirakçılara məlumat verib. Bildirib ki, S. Yusubov Bakı Dövlət Universitetnin tarix fakultəsini bitirdikdən sonra, təyinatla Azərbaycanın Laçın rayonunda orta məktəbdə tarix fənindən dərs deyib. Daha sonra o, öz vətəninə qaydıraq Marneulidə orta məktəblərdə və İlya Cavcavadze adına Tbilisi Dövlət Universitetinin Marneuli filialında tarix fənindən dərs deyib, 2016-2020-ci illərdə İakob Qoqebaşivili adına Telavi dövlət Universitetində təhsil elmləri fakultəsində doktorluq dissertasiyasını müdafiyə edib, təhsil elmlər doktoru akademik elmi dərəcəsini almışdır. İşlədiyi müddət ərzində qabaqcıl təcrübəyə əsaslanaraq “Müasir Təlim Texnologiyaları” adlı tədris vəsayitini tərtib edib. Etnopedoqoqika elmi sahəsi üzrə ilk mütəxəsisdir.

Sonra çıxış edən professor Sərdar Yusubov müəllifi olduğu kitab haqqında bildirib ki, kitabda müasir elmin və pedaqoji təcrübənin nailiyyətləri əsasında müasir təlimin təkmilləşdirilməsinin nəzəri əsasları geniş planda təqdim olunub. Vəsait yeni mövzular, dünya pedaqoji prosesindəki innovasiyaları əks etdirən, yeni müasir təlim texnologiyaları ilə zənginləşdirir.

Bu vəsait, pedaqoji universitetin məzunları, magistrlər, doktorantlar üçün ümumtəhsil məktəblərinin müəllimləri və ali məktəbin pedaqoji fakultələrinin təcrübəçi müəllimləri üçün nəzərdə tutulub.

Gürcüstanın Təhsil elm nazirliyinin 24 yanvar 2020-ci il tarixində ünvanladığı MES 82000073953 şriftli məktubu ilə tədris vəsaitinə rəy verilmiş və onun təhsil müəssisələrində istifadə olunması tövsiyyə edildiyini bildirib.

Daha sonra çıxış edənlər Gürcüstan Elmlər Akademiyasının müxbir üzvü Ketevan Vardanişvili, Gürcüstan parlamentinin keçmiş deputatı Ramiz Bəkirov, Azərbaycanın əməkdar jurnalisti Nizami Məmmədzadə, İqtisadiyyat üzrə fəlsəfə doktoru Tacəddin Quliyev, Azərbaycan dili və ədəbiyyat müəlliməsi Fatma Əliyeva, Algeti 1 saylı ictimai məktəbinin direktoru Musa Omarav, baş müəllim Hümbət Fərəcov, gürcü yazar Quram Qurqenişvili, yazıçı publisist Bəhram Mehdi və başqaları çıxış edərək müəllifi təbrik edib, elmi yaradıcılığında uğurlar arzulayaraq bildiriblər ki, kitab tam məqəsədə uyğun olaraq şagird və tələbələrin müasir təlim texnologiyalarından yararlanmasında mühüm rol oynayacağına əminliyini ifadə ediblər.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print ელ. ფოსტა
FaceBook Twitter Google