Gürcüstan Prokurorluğu: 150.000 ABŞ dolları dələduzluq yolu ilə əldə edilib - iki xarici vətəndaş təqsirləndirilənlər arasındadır

Prokurorluğun məlumatına görə, kiber fırıldaqçılıq və dələduzluq yolu ilə 150 000 ABŞ dolları məbləğində vəsaitin əldə edilməsi faktlarına görə iki xarici ölkə vətəndaşı və iki hüquqi şəxs barəsində cinayət işi başlanıb.


“Baş Prokurorluğun apardığı istintaq tədbirləri ilə müəyyən edilib ki, təqsirləndirilən şəxslər xaricdə yaşayan şəxslərə məxsus külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə əldə etmək məqsədilə
cinayətkar qrup yaradıblar.

Əvvəlcədən hazırlanmış cinayət planına əsasən, təqsirləndirilən şəxslər və onların şərikləri özlərini mövcud olmayan beynəlxalq investisiya şirkətinin nümayəndələri kimi təqdim edərək, uydurma adlar altında xarici vətəndaşlarla əlaqə saxlayıb, onlarla etimada girərək, siyahıda olan şirkətlərin səhmlərinin alınması üçün lazım olan vəsaiti Amerika Birləşmiş Ştatlarının Gürcüstandakı birjalarından birində öz nəzarəti altında mövcud saxta şirkətlərin bank hesablarına köçürməyə vadar ediblər.

Bu yolla təqsirləndirilən şəxslər dələduzluq yolu ilə ayrı-ayrı şəxslərə məxsus külli miqdarda, təxminən 150 min ABŞ dollarını ələ keçiriblər”,
- deyə dövlət ittihamçısı məlumat yayıb.
Mənbə: Tabula

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google