112 əhaliyə havanın “kəskin” pisləşməsi ilə bağlı xəbərdarlıq
edib.
Vətəndaşlara qısa mesajlar daxil olub.
"Məlumat veririk ki, iyunun 26-da Gürcüstanın əksər
rayonlarında hava şəraitinin kəskin pisləşəcəyi gözlənilir. Əhalini
diqqətli olmağa çağırırıq", - məlumatda deyilir.
Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, Gürcüstanın bəzi
rayonlarında çox güclü yağış və çox güclü küləyin əsəcəyi
gözlənilir.
“İyunun 26-da Acarıstan, Quriya, Sameqrelo-Zemo
Svaneti, İmereti, Raça-Leçxumi, Kvemo Svaneti və Samtsxe-Cavaxeti
rayonlarında leysan xarakterli intensiv yağış yağacağı, bəzi
yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Gürcüstanın əksər ərazilərində güclü qərb küləyi əsəcək, gün
ərzində Gürcüstanın şərqində, o cümlədən paytaxtda arabir çox güclü
külək əsəcək.
Gürcüstan çaylarında gözlənilən yağıntılar suyun səviyyəsinin
əhəmiyyətli dərəcədə artmasına, kiçik çaylarda daşqınlara, dağlıq
və dağətəyi ərazilərdə sürüşmənin başlamasına və aktivləşməsinə
(təhlükə səviyyəsi yüksəkdir) səbəb ola bilər”, -
agentlik yazır.