30 iyun tarixində Gürcüstan-İspaniya oyununu böyük ekranda Marneulidə də göstərəcəklər
30 iyun tarixində Gürcüstan-İspaniya oyununun birbaşa yayımlanması Marneulidə “Yenə də Böyüyəcəklər” abidəsi ərazisində baş tutacaq. Bu barədə Marneuli Bələdiyyə Məclisi iclasında Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze bildirib. O, vətəndaşları oyunu izləmək üçün “Yenə də Böyüyəcəklər” ərazisinə gəlməyə çağırıb.

Birbaşa yayım 30 iyun, saat 23:00-da başlayacaq.

“Hamını ölkəmizin milli yığmasının uğuru münasibəti ilə təbrik edirəm. Yığmamız
qrupdan çıxıb, 1/8 finalda oynayacaq və bizim komanda ən güclü komanda ilə – İspaniya yığması ilə qarşılaşacaq. Amma bizim oyunçular elə yaxşı oynayırlar ki, ümid edirəm, bu oyunu da qazanacaqlar. Əlbəttə, bu hər birimiz üçün unudulmaz günlər olacaq”,
– Amiran Qiorqadze bildirib.

26 iyun tarixində Gürcüstan yığması Portuqaliya yığmasını 2:0 hesabı ilə məğlub etdi və 1/8 finala vəsiqə qazandı. Gürcüstan yığması Avropa çempionatının ən güclü 16 komandası arasındadır.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print ელ. ფოსტა
FaceBook Twitter Google