Stano: Qanunun qüvvəyə minməsi geri çəkilməyə səbəb olur, bu fikir deyil, faktdır

Aİ-nin xarici əlaqələr üzrə sözçüsü Peter Stano baş nazir İrakli Kobaxidzenin bəyanatına “Formula” ilə cavab verir və qeyd edir ki, "rus qanunu"nun qəbulu Avropa İttifaqından geri çəkilməkdir.


O qeyd edir ki, bu fikir deyil, faktdır.

“Aİ qanunun Aİ-nin əsas prinsip və dəyərlərinə zidd olduğunu çox açıq şəkildə bildirib.
Qanunun qüvvəyə minməsi Avropa Komissiyasının
müəyyən etdiyi 9 tövsiyədən ən azı 3-nün geri götürülməsinə gətirib çıxarır - Aİ liderləri tərəfindən namizəd statusu ilə bağlı təsdiqlənir və Gürcüstanın Aİ-yə yoluna mənfi təsir göstərəcək. Bu fikir deyil, faktdır.
Qanunun qəbulu və Aİ-nin mümkün konkret cavabı bazar ertəsi Lüksemburqda keçirilən xarici işlər nazirlərinin müntəzəm görüşündən sonra Xarici Əlaqələr Şurasının gündəliyində daha çox müzakirə ediləcək”.

Dünən, iyunun 17-də Gürcüstanın baş naziri İrakli Kobaxidze 2022 və 2023-cü illərdə olduğu kimi Aİ-yə üzvlük danışıqlarının başlanması məsələsi ilə şantaj olunduğunu bildirib.

Onun sözlərinə görə, rus qanununun işə salınmasından sonra Gürcüstan üçün bu danışıqların açılması şansı 0-dan 20-30%-ə yüksəlib.
Mənbə: Publika

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.

 

Print ელ. ფოსტა
თეგები: Peter Stano Rus qanunu
FaceBook Twitter Google