ABŞ-nin Gürcüstandakı səfiri Robin Danniqan Gürcüstan rəsmilərinin
Qərbin inqilabi hazırlıqları dəstəkləməsinə dair iddialarına
münasibət bildirib.
Diplomat Gürcüstanda dezinformasiya kampaniyalarının aparıldığını,
bunun demokratiya üçün təhdid törətdiyini deyib.
“Aİ üzvü olmaqla bağlı dezinformasiyalar yayılır.
Bunlardan biri üzv ölkələrin öz kimliklərini itirməsi iddiasıdır,
lakin bu tamamilə yalandır”, - Danniqan deyib.
Səfir dezinformasiya ilə mübarizə imkanlarının məhdud olduğunu,
bunun Gürcüstan
da da baş verdiyini əlavə edib. Diplomat “Qlobal
Müharbə Partiyası”na dair iddiaları, həmçinin Qərbin Gürcüstanda
inqilabı təhrik etməsinə dair iddiaları təkzib edib.
“Bəziləri bizim “Qlobal Müharibə Partyası”nın üzvü
olduğumuzu və ya bu ölkədə inqilabı təhrik etdiyimizi, burada
məkrli niyyətlərimiz oduğunu iddia edir. Həqiqətdə bunları eşitmək
kədərlidir… Son 32 il ərzində biz Gürcüstana 6 milyard dollar
yardım göstərmişik”, - Danniqan deyib.
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.